"Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə etmək üçün Türkiyə XİN rəhbəri Hakan Fidan ilə danışdım".
APA xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Telefon söhbətimizdə Rusiyanın sazişdən geri çəkilməsinin Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini vurğuladım. Türkiyə razılaşmanın bərpası üçün səylərini davam etdirəcək. Ukrayna və Türkiyə arasında ikitərəfli təmasların qrafikini də müzakirə etdik", Ukrayna XİN rəhbəri qeyd edib.
***
19:04
Xarici işlər naziri Hakan Fidan bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən fəaliyyət göstərməsi üçün atılacaq addımlar müzakirə edilib.
Tural Əsədi
Zümrüd Paşkin