Bank Of Baku

Hava hücumları nəticəsində Ukraynanın Sumı vilayətində 5 nəfər ölüb

Hava hücumları nəticəsində Ukraynanın Sumı vilayətində 5 nəfər ölüb
# 18 oktyabr 2022 12:31 (UTC +04:00)

Ukraynanın Sumı vilayətinin Rusiya tərəfindən son sutka ərzində hava hücumlarına məruz qalması nəticəsində ölən və yaralananlar var.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitriy Jivitskiy məlumat yayıb.

O bildirib ki, ötən sutka ərzində 300-dən çox zərbə endirilib: "Vilayətin müxtəlif artilleriya qurğuları, minaatanlar və raket atəşinə tutulması zamanı 5 nəfər ölüb, 14 nəfər yaralanıb”.

Yaralılar xəstəxanalara yerləşdirilib. Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

Vilayətin elektrik şəbəkəsi, həmçinin bəzi fərdi evlər zədələnib, qarğıdalı sahələri yanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR