Bank Of Baku

İbrahim Kalın Suriyanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

İbrahim Kalın Suriyanın xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
# 06 avqust 2026 15:01 (UTC +04:00)

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə Türkiyə-Suriya münasibətləri, regional sabitlik, Suriya-Livan əlaqələri, terrorla mübarizə və SDG-nin inteqrasiyası prosesi müzakirə edilib.

Tərəflər Suriyada terror təşkilatı İŞİD-lə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb, həmçinin ABŞ/İsrail–İran müharibəsinin regiona siyasi və iqtisadi təsirləri, Suriyaya tətbiq olunan sanksiyaların hazırkı vəziyyətini dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR