İbrahim Kalın Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin olunub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, müvafiq sərəncamı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan verib.
Qeyd edək ki, Kalın indiyədək Türkiyə Prezidentinin sözçüsü olub.