Bank Of Baku

İranın neft naziri OPEC-in dağılması ilə bağlı xəbərdarlıq edib

İranın neft naziri OPEC-in dağılması ilə bağlı xəbərdarlıq edib
# 03 may 2019 13:30 (UTC +04:00)

İranın neft naziri Bijən Namdar Zəngənə OPEC-in dağılması ilə bağlı xəbərdarlıq edib.

ONA-nın Tehran bürosunun məlumatına görə,  nazir bu barədə fikirlərini OPEC-in baş katibi Mohammad Sanusi Barkindo ilə görüşdə ona çatdırdığını deyib.

Zəngənə deyib ki, bəzi ölkələrin təkqütblü davranışının bu təşkilatın dağılması ehtimalını daha da gücləndirdiyini baş katibə çatdırıb: “Görüşdə neft bazarındakı son durum, bazardakı problemlər  və digər məsələlər haqqında müzakirə apardıq”.

Nazir qeyd edib ki, İran öz mənafeyinə uyğun olaraq OPEC-in üzvüdür: “Əgər OPEC üzvlərindən hər hansı biri İranı hədələyərsə və İran üçün çətinlik yaradarsa, ölkəmiz bunu cavabsız qoymayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR