Bank Of Baku

İspaniya Konstitusiya Məhkəməsi Puçdemonun iddiasını rədd edib

İspaniya Konstitusiya Məhkəməsi Puçdemonun iddiasını rədd edib
# 09 avqust 2023 17:07 (UTC +04:00)

İspaniyanın Kataloniya bölgəsinin sabiq rəhbəri Karles Puçdemonun ölkənin Ali Məhkəməsinin ona qarşı həbs qərarı çıxarmasına qarşı Konstitusiya Məhkəməsində irəli sürülən iddiası rədd edilib.

APA xəbər verir ki, bu barədə yerli “El Pais” nəşri məlumat yayıb.

Nəşrin sözlərinə görə, Ali Məhkəmə 2017-ci ildə Kataloniyada qeyri-qanuni müstəqillik referendumunun təşkilinə görə, hakimiyyətə tabe olmamaq və mənimsəmə ittihamı üzrə Puçdemonun həbsinə order verib.

Qeyd edək ki, Puçdemon 2017-ci ildə baş verən hadisələrdən sonra Belçikaya qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR