İspaniya kralı VI Felipe koronavirusa yoluxub.
APA-nın xəbərinə görə, bu barədə Kral sarayı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən gecə özünü narahat hiss edən monarxdan götürülmüş testin nəticəsi müsbət olub. Kral bütün rəsmi fəaliyyətini 7 gün müddətinə təxirə salıb. Hazırda onda Covid-19-un yüngül simptomları müşahidə olunur.
Kralın arvadı Letiziya və qızı Sofiyanın testləri mənfi nəticə verdiyi üçün onlar təcrid olunmayıblar.