İspaniya qoşunlarını Ukraynaya göndərməyəcək

İspaniya qoşunlarını Ukraynaya göndərməyəcək
# 28 fevral 2024 14:21 (UTC +04:00)

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares əmin edib ki, Krallıq Ukraynaya qoşun yeritməyəcək.

APA xəbər verir ki, bu barədə nazir parlamentdə çıxış edərkən deyib:

“Ukraynada ispan qoşunları olmayacaq, təbii ki, olmayacaq. Hökumətimiz Qəzzada və Ukraynada eyni şeyi, sülh və beynəlxalq hüquqa hörməti istəyir", - deyə o qeyd edib.

Öz növbəsində İspaniyanın müdafiə naziri Marqarita Robles Avropa qoşunlarının nəzəri olaraq Ukraynaya göndərilməsinin münaqişənin kəskinləşməsinə səbəb olacağı fikrini bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-da bildirmişdi ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələri ilə görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

Kamilla Kazımova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR