İspaniyada avtobus uçurumdan aşıb.
APA “La Nueva Espana” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Asturiya muxtar bölgəsində baş verib.
Belə ki, hərəkətdə olan avtobus uçurumdan aşıb, nəticədə 40-dan çox yaralı var.
Qəzanın baş vermə səbəbi dəqiqləşdirilir.