Bank Of Baku

İspaniyanın Kataloniya regionunda quraqlığa görə fövqəladə vəziyyət elan edilib

İspaniyanın Kataloniya regionunda quraqlığa görə fövqəladə vəziyyət elan edilib
# 03 avqust 2023 05:21 (UTC +04:00)

İspaniyanın Kataloniya muxtar regionunun hakimiyyəti 24 bələdiyyədə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan etmək qərarını açıqlayıb: orada sudan istifadəni məhdudlaşdırılacaq.

APA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi bildirib.

Tədbirlər gələn həftə qüvvəyə minəcək. Bu tədbirlər kənd təsərrüfatında və sənayedə suyun istifadəsinə təsir göstərəcək, lakin içməli suya təsir etməyəcək.

Hovuzların və ictimai fəvvarələrin doldurulması, həmçinin bağların və parkların suvarılması qadağan ediləcək. Həmçinin avtomobillərin yuyulması üçün şirin suyun istifadəsini məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR