Türkiyənin İstanbul şəhərində 1.2 ton narkotik vasitə müsadirə edilib.
APA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, İstanbulun Beykoz, Çatalca, Fatih və Esenyurt rayonlarında həyata keçirilən 4 əməliyyat nəticəsində 1.2 ton narkotik vasitə müsadirə edilib.
İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları tərəfindən əvvəlcədən müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyat zamanı saxlanılan 12 nəfər şübhəli şəxs məhkəmə tərəfindən həbs olunub.