Bank Of Baku

İstanbulda cinayətkar qruplara qarşı əməliyyat keçirilib, 27 nəfər saxlanılıb

İstanbulda cinayətkar qruplara qarşı əməliyyat keçirilib, 27 nəfər saxlanılıb
# 09 mart 2024 09:36 (UTC +04:00)

İstanbulda mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib, 27 nəfər saxlanılıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda keçirilən “Mahzen-7” əməliyyatlarında “Memocan” ləqəbli Muhammed Urayın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Keçirilən əməliyyatlar zamanı qrup rəhbəri də daxil olmaqla, mütəşəkkil cinayətkar dəstənin üzvü olan 27 şübhəli yaxalanıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bu barədə məlumat paylaşıb və qeyd edib ki, ölkəni mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıdırlar. Bildirilib ki, istənilən ölçüdə mütəşəkkil cinayətkar təşkilatlar sıradan çıxarılaraq, məsuliyyətə cəlb ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR