İstanbulda Türkiyə-ABŞ-Ukrayna görüşü başa çatıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, ABŞ nümayəndə heyəti görüşün keçirildiyi Dolmabahçe Çalışma Ofisini tərk edib.
***
11:57
İstanbulda Türkiyə-ABŞ-Ukrayna danışıqları başlayıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, görüş Dolmabahçe Çalışma Ofisində keçirilir.
Görüşdə Türkiyə tərəfindən Hakan Fidan, Ukrayna tərədindən Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, xarici işlər naziri Andrey Sibiqa və ABŞ tərəfindən isə Dövlət katibi Marko Rubio, ABŞ-nin Türkiyədəki səfiri Tom Barak və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keit Kelloq iştirak edir.