İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna arasında baş tutacaq danışıqlarda iştirak edəcək nümayəndə heyətləri görüşün keçiriləcəyi yerə gəlir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Dolmabahçe Çalışma Ofisində iki ayrı görüşün baş tutması gözlənilir.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna görüşləri keçiriləcək.