Bank Of Baku

İstanbuldakı partlayışın istintaqına 8 prokuror təhkim olunub

Bəkir Bozdağ

© APA | Bəkir Bozdağ

# 13 noyabr 2022 21:00 (UTC +04:00)

İstanbul Respublika Prokurorluğu tərəfindən İstiqlal prospektində baş verən partlayışın təhqiqatı üçün səkkiz prokuror və baş prokurorun iki müavini təyin edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

"İstanbul Respublika Prokurorluğu partlayışla bağlı məhkəmə istintaqına başlayıb. İstintaqın səmərəli aparılması üçün 8 dövlət prokuroru və iki baş prokurorun müavini təhkim edilib. Hadisə bütün aspektləri ilə araşdırılır. Hadisəni törədənlərin qısa müddətdə tutulması üçüb araşdırmalar çərçivəsində hadisənin bütün tərəfləri araşdırılacaq” – deyə Bozdağ vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR