Bank Of Baku

İsveç Baş naziri: Ukraynaya "Gripen" qırıcı təyyarələri göndərə bilməyəcəyik

İsveç Baş naziri: Ukraynaya "Gripen" qırıcı təyyarələri göndərə bilməyəcəyik
# 21 avqust 2023 16:02 (UTC +04:00)

İsveç Ukraynaya "Gripen" qırıcı təyyarələri göndərə bilməyəcək.

APA xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson yerli TV4 kanalına müsahibəsində açıqlayıb.

İsveç hökumətinin başçısı deyib ki, ölkəsinin “Gripen” qırıcı təyyarələrinə ehtiyacı var və bu səbəbdən onları hələlik Ukraynaya göndərmək planları yoxdur.

Kristerssonun sözlərinə görə, İsveç coğrafi baxımdan böyük ölkədir, özünü müdafiə etməlidir, çünki hələ NATO-ya üzv deyil. Danimarka və Hollandiya Ukraynaya çox sayda onlarla döyüş təyyarəsi vəd etsələr də, İsveç bunu edə bilmir.

Xatırladaq ki, Ukrayna lideri Vladimir Zelenski 19 avqustda ukraynalı pilotların İsveçin “JAS 39 Gripen” qırıcıları ilə təlimə başladığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR