İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat Departamenti və Finlandiyanın “Patria” hərbi-sənaye kompleksi arasında yeni nəsil zirehli transportyorların hazırlanmasına dair müqavilə imzalanıb.
APA xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müqavilədə Almaniya və Latviya da iştirak edir.
Bu zirehli transportyorlar artıq Finlandiya və Latviya ordularında istifadə olunur. Almaniya Silahlı Qüvvələri yaxın zamanda həmin transportyorlardan əldə edəcək.
Həmçinin əlavə edilib ki, İsveç tərəfi də 20 ədəd zirehli transportyorun ilk partiyasını sifariş edib və texnikanın gələn ay təhvil verilməsi gözlənilir.
Məlumata əsasən, 6x6 təkər formuluna malik, 10 nəfərlik şəxsi heyət daşıya bilən “Patria” yeni nəsil transportyorlarının 1 ədədinin qiyməti təxminən 11 milyon İsveç kronu (təqribən 1.2 milyon dollar) təşkil edir.