İsveçdə yük qatarı piyadaları vurub, 3 nəfər ölüb

İsveçdə yük qatarı piyadaları vurub, 3 nəfər ölüb
# 29 fevral 2024 13:35 (UTC +04:00)

İsveçdə yük qatarı yoluna çıxan piyadaları vurub, 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Expressen” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, bədbəxt hadisə Erebru şəhərində baş verib.

Şəhər polisinin son məlumatına əsasən, ölənlərdən ikisinin – təxminən 20 yaşında kişi və bir qadının şəxsiyyəti müəyyən edilib. Digər ölənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR