Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində İsveçi sabiq Baş nazir Karl Bildt təmsil edəcək.
APA xəbər verir ki, bu barədə İsveç Baş naziri "Twitter" hesabında bildirib.
“Sabah Ankarada yenidən Türkiyə prezidenti seçilən Ərdoğanın andiçmə mərasimində İsveçi təmsil etmək üçün keçmiş Baş nazir Karl Bildti təyin etdim. Türkiyə ilə ikitərəfli əlaqələrin güclənməsini gözləyirik", - paylaşımda qeyd olunub.