Bank Of Baku

İsveçin Baş naziri Ərdoğana: "Sizə uyğun olan kimi Ankaraya gəlməyə hazırıq”

İsveçin Baş naziri Ərdoğana: "Sizə uyğun olan kimi Ankaraya gəlməyə hazırıq”
# 22 oktyabr 2022 06:10 (UTC +04:00)

İsveçin yeni baş naziri Ulf Kristersson prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

APA xəbər verir ki, bu barədə NTV telekanlı məlumat yayıb. İsveçli nazir məktubunda Ankaraya səfər etməyə hazır olduğunu bildirib.

“Ümid edirəm ki, tezliklə sizinlə NATO ilə bağlı ətraflı müzakirə apara bilərik. Sizə uyğun olan kimi Ankaraya gəlməyə hazırıq”,- deyə isveçli nazir Türkiyə liderinə məktubunda bildirib.

Məktubda Türkiyənin narahatlığını ciddi qəbul etdiklərini qeyd edən Kristersson, Türkiyənin təhlükəsizlik problemlərinə çox ciddi yanaşıldığını bildirib.

“Terror təşkilatı PKK və digər terror təşkilatlarından gələn təhdidlər də daxil olmaqla, terrorun bütün formaları ilə mübarizədə əməkdaşlıq etmək istəyirik”, - deyə məktubda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR