Fransada iqlim aktivistləri sistematik şəkildə repressiyalara məruz qalırlar.
APA “Reuters”ə istinadən xəbər verir ki, bunu isveçli eko-aktivist Qreta Tunberq deyib.
“Biz dünyanın hər tərəfində bizim bu günümüz və gələcəyimiz üçün mübarizə aparan aktivistlərin artan repressiyalara məruz qalmasına dair son dərəcə narahatlıq doğuran vəziyyət görürük. Məsələn, ötən gün burada, Fransada. Onlar həyatı və etiraz etmək hüquqlarını müdafiə etdiklərinə görə bədəl ödəyirlər”, - 20 yaşlı ekofəal Qreta Tunberq bildirib.
Qeyd edək ki, Fransa hökuməti çərşənbə günü silahlı etirazlara və ya zorakı əməllərə təhrik etməkdə ittiham etdiyi “Les Soulevements de la Terre” adlı eko-aktivist qrupunu bağlayıb. Hökumətin bu addımı solçu müxalifət və bir sıra QHT-lər tərəfindən tənqid edilib.