İsveçrədə 1992-ci ildə itkin düşən iki belçikalı alpinistin meyitləri buzlağın əriməsi nəticəsində aşkarlanıb.
Bu barədə RTL məlumat yayıb.
Məlumata görə, iyulun sonunda Trift buzlağında tapılan iki kişinin meyitinin DNT analizi onların 1992-ci ildə itkin düşən belçikalı alpinistlərə aid olduğunu təsdiqləyib.
Həmin vaxt 39 və 41 yaşlı iki alpinist 4017 metr yüksəklikdəki Vayssmis zirvəsinə qalxmağa çalışarkən əlverişsiz hava şəraitinə düşərək yoxa çıxıb.
Axtarış qrupları yalnız onların avadanlıqlarını tapa bilmişdi.