Bank Of Baku

İtaliya, Fransa, Almaniya, Britaniya və ABŞ-nin baş diplomatları Suriyanı müzakirə edəcək

İtaliya, Fransa, Almaniya, Britaniya və ABŞ-nin baş diplomatları Suriyanı müzakirə edəcək
# 07 yanvar 2025 17:19 (UTC +04:00)

İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin xarici işlər nazirləri bu həftə Suriyadakı vəziyyətlə bağlı görüşəcəklər.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İtaliya xarici işlər naziri Antonio Tacani avropalı və amerikalı həmkarları ilə görüşə rəhbərlik edəcək.

Gündəmdə Suriyanın keçid hökumətinin işi və qarşıdan gələn milli dialoq konfransının qarşıya qoyduğu problemlər var, həmçinin yeni konstitusiya layihəsinin hazırlanması və Suriyanın iqtisadi dirçəlişi də müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR