Bank Of Baku

İtaliya polisi dənizdən 2 ton kokain tapıb

İtaliya polisi dənizdən 2 ton kokain tapıb
# 17 aprel 2023 15:39 (UTC +04:00)

İtaliya polisi Siciliya adası yaxınlığında dənizdə üzən 2 ton kokain tapıb.

APA xəbər verir ki, bu barədə məlumat İtaliya Maliyyə Qvardiyasının rəsmi saytında dərc edilib.

Maliyyə Qvardiyasının (red. – maliyyə cinayətləri, qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsi) məlumatında qeyd olunub ki, aşkar olunan kokain partiyasının qara bazarda dəyəri 400 milyon avrodan çoxdur və çəkisi təxminən 2 tondur.

Dənizdən tapılan narkotik vasitələr 70-ə yaxın suyadavamlı bağlamada olub, balıqçı torları vasitəsilə bir-birinə bağlanılıb və işıq siqnalı ilə təchiz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR