Bank Of Baku

İtaliya prezidenti Baş nazir Mario Draqinin istefasını qəbul etməyib - YENİLƏNİB

İtaliyanın Baş naziri Mario Draqi

© APA | İtaliyanın Baş naziri Mario Draqi

# 14 iyul 2022 22:15 (UTC +04:00)

İtaliya prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

APA AFP-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

***

Saat 20:59

İtaliyanın Baş naziri Mario Draqi istefa verəcəyini açıqlayıb.

APA AFP-ə istinadən xəbər verir ki, buna səbəb 5 Ulduz Hərəkatı (M5S) partiyasının hökumətin ailələr və müəssisələr üçün hazırladığı iqtisadi yardım paketinin parlamentdəki səsverməsinə qatılmaması olub.

Baş nazir Draqi koalisiya partiyasının bu mövqeyindən sonra istefaya qərar verib.

“Artıq bu hökuməti dəstəkləyən milli birlik koalisiyası yoxdur” deyən Draqi istefasını bu axşam prezidentə təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR