Bank Of Baku

İtaliya sahillərində qayığın batması nəticəsində həlak olanların sayı 58-ə çatıb - YENİLƏNİB

İtaliya sahillərində qayığın batması nəticəsində həlak olanların sayı 58-ə çatıb  - YENİLƏNİB
# 26 fevral 2023 19:43 (UTC +04:00)

Bu gün səhər İtaliyanın cənub sahillərində baş verən gəmi qəzası nəticəsində həlak olan miqrantların sayı artıb.

APA ANSA-ya istinadən xəbər verir ki, həlak olanların sayı 58-ə çatıb.

***

13:19

Bu gün səhər İtaliyanın cənub sahillərində gəmi qəzası baş verib, ən azı 34 miqrant həlak olub.

APALa Repubblica” qəzetinə istinadən xəbər verir ki, ölənlər arasında bir yenidoğulmuş körpə də var.

Ən azı 50 nəfər isə sahil mühafizə xidməti tərəfindən xilas edilib, itkin düşənlərin axtarışı gedir.

İlkin məlumata görə, qayıqda 100 nəfər şəxs olub. Onların Əfqanıstan, İran və Pakistandan olduğu bildirilir.

Nəşrin məlumatına görə, qayıq əlverişsiz hava şəraitində batıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR