Bank Of Baku

İtaliya XİN: İsrailin Qəzzadakı xəstəxanaya hücum etdiyinə dair heç bir dəlil yoxdur

İtaliya XİN: İsrailin Qəzzadakı xəstəxanaya hücum etdiyinə dair heç bir dəlil yoxdur
# 19 oktyabr 2023 10:38 (UTC +04:00)

Qəzzadakı Əl-Əhli xəstəxanasındakı partlayışa görə İsrailin məsuliyyət daşıdığına dair heç bir dəlil yoxdur.

APA xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

“Qəzza zolağındakı xəstəxanaya hücuma görə İsrailin məsuliyyət daşıdığına dair İtaliya kəşfiyyatında heç bir sübut yoxdur”, - deyə nazir bildirib.

Tayani həmçinin qeyd edib ki, əsasən Qəzza zolağında humanitar məsələlərə diqqət yetirən Roma hökuməti həm də nizamlanma üzrə danışıqların mümkünlüyü üzərində işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR