Paşha Bank
Bank Of Baku

Budanov Əbu-Dabidə ona qarşı sui-qəsd təşkil edən Rusiya rəsmisi ilə eyni masada üz-üzə oturub

Budanov Əbu-Dabidə ona qarşı sui-qəsd təşkil edən Rusiya rəsmisi ilə eyni masada üz-üzə oturub
# 11 noyabr 2026 11:13 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarında ona qarşı sui-qəsdə ittiham olunan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) yüksək vəzifəli əməkdaşı Dmitri Minayevlə eyni danışıqlar masasında əyləşib.

APA xəbər verir ki, bu barədə Ukraynanın “UNIAN” agentliyi məlumat yayıb.

Məlumata görə, Minayev Rusiya nümayəndə heyətinin ekspertlər qrupuna daxil edilib. O, FTX-nin əks-kəşfiyyat əməliyyatları departamentinin rəhbəri vəzifəsini tutur.

Ukrayna tərəfi Minayevin rəhbərlik etdiyi qurumu 2019-cu ildə Budanova qarşı uğursuz sui-qəsd cəhdi ilə əlaqələndirir.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş rəhbəri Vasili Qritsak 2019-cu ilin aprelində Minayevi Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Aleksandr Xaraberüş və Maksim Şapovalın öldürülməsinin təşkilində ittiham edib. Ukrayna rəsmiləri onun rəhbərlik etdiyi qurumu Budanova qarşı sui-qəsd cəhdi ilə də əlaqələndiriblər.

2019-cu il aprelin 4-də Kiyevdə Budanovun avtomobilinin altına partlayıcı qurğu yerləşdirilməsi cəhdi baş verib. Qurğu quraşdırılarkən partlayıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs ağır yaralanıb. Ukrayna istintaqı hadisənin Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hazırlandığını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR