İtaliya mafiyasının qırmızı kateqoriyada axtarışa verilmiş üzvü Gürcüstanda saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru İrakli Şotadze jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, İtaliya rəsmiləri sözügedən şəxsin ekstradisiyası üçün müraciət edib və prosedurlar artıq tamamlanıb.
Baş prokuror mafiya üzvünün ən qısa müddətdə İtaliyaya ekstradisiya ediləcəyini qeyd edib.
İrakli Şotadze əlavə edib ki, saxlanılmış şəxs mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda, həmçinin İtaliya ərazisində müxtəlif ağır cinayətlər törətməkdə ittiham edilir.
“Biz İtaliya ərazisində fəaliyyət göstərən çox tanınmış bir cinayətkar qrupdan danışırıq. O, italiyalıdır və qırmızı kateqoriyada axtarılırdı”, - Şotadze deyib.