İzmirin Konak rayonunda İsveç Konsulluğuna silahlı hücum xarici vətəndaş tərəfindən törədilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, hadisəni viza ala bilmədiyi üçün törədib.
Əqli qüsurlu olduğu bildirilən Z.Ö. adlı şəxs polis tərəfindən saxlanılıb. Hücum zamanı Konsulluğun yaralanan qadın işçisi xəstəxanaya yerləşdirilib.
***
19.47
İzmirdəki İsveç Konsulluğunda xarici ölkə vətəndaşı viza mübahisəsinə görə silahlı hücum təşkil edib.
APA TRT Haber-ə istinadən xəbər verir ki, hadisə zamanı konsulluğun əməkdaşı olan Türkiyə vətəndaşı yaralanıb.