Bank Of Baku

Kaladze: “Gürcüstan polisi hamını qoruyacaq – istər Azərbaycan vətəndaşı olsun, istər Amerika”

Kaladze: “Gürcüstan polisi hamını qoruyacaq – istər Azərbaycan vətəndaşı olsun, istər Amerika”
# 31 iyul 2023 15:14 (UTC +04:00)

İstənilən millətdən olan turistin ölkəmizə gəlməsinin iqtisadiyyatımız üzərində müsbət təsiri olacaq, əsas məsələ budur ki, hər kəs Gürcüstanın Konstitusiyasına hörmət etsin.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze kruiz layneri ilə Batumiyə gəlmiş rusiyalı turistlərə görə keçirilən etiraz aksiyasına münasibət bildirərkən deyib.

“Gürcüstanın qapıları turistlər üçün açıqdır. Bu rusiyalı, avropalı, amerikalı ola bilər, mən burada bir problem görmürəm. Əsas məsələ budur ki, hər kəs Gürcüstan Konstitusiyasına hörmət etsin və qanunlara riayət etsin. Xərclənən pullar ölkə iqtisadiyyatına gedir, bu etiraz aksiyası Gürcüstana qarış yönəlib. Onlar ölkədə dincliyin olmasından narahatdırlar”, - o bildirib.

Kaladze deyib ki, ölkəyə gələn turistlər istər Azərbaycan vətəndaşı olsun, istər ABŞ vətəndaşı, polis onları qoruyacaq.

“Gürcüstan polisi qanun çərçivəsində hamını qoruyacaq – bu istər Rusiya vətəndaşı olsun, istər Azərbaycan, Ermənistan və ya ABŞ vətəndaşı. Mən daxili işlər nazirinə və Gürcüstan polisinə təşəkkür edirəm, onlar həmişə dincliyi qoruyurlar”, - Kaladze deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR