Yaponiyanın Baş naziri Fumio Kisida və kanadalı həmkarı Castin Trüdo telefon danışığı zamanı Ukraynadakı mövcud vəziyyətlə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Tərəflər Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib”,-deyə nazirliyin bəyanatında qeyd olunub.
Bundan əlavə, Kisida və Trüdo Şimali Koreyanın nüvə və raket fəaliyyətlərinin artması ilə bağlı ciddi narahatlıqlarını bölüşüblər.