Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin andiçmə mərasimi olub.
APA xəbər verir ki, yerli ERT 1 televiziya kanalı mərasimi yayımlayıb.
Parlament seçkilərində qalib gələn “Yeni Demokratiya” partiyasının lideri ölkə konstitusiyasına və qanunlarına riayət edəcəyinə, yunan xalqının maraqlarına və mənafeyinə xidmət edəcəyinə and içib.
Mərasim Yunanıstan lideri Katerina Sakellaropulunun iştirakı ilə Prezident Sarayında təşkil edilib.