Rusiyanın Moldova paytaxtı Kişinyovdakı səfirliyinin binasına "Mercedes" markalı avtomobillə çırpılaraq hadisə yerindən qaçan şəxs saxlanılıb.
APA xəbər verir ki, bu barədə Moldova Baş Polis İdarəsi məlumat yayıb.
İdarənin rəsmi saytında qeyd olunub ki, maşının yeri müəyyən ediləndən sonra onu yaxalamaq istəyən zaman sürücü polisə tabe olmayıb. Yol boyu daha iki avtomobilə ziyan vurub və ondan sonra saxlanılıb.