Bank Of Baku

KİV: Aİ Şurası Ukraynaya 90 milyard avroluq kredit paketini 24 fevralda təsdiqləyəcək

KİV: Aİ Şurası Ukraynaya 90 milyard avroluq kredit paketini 24 fevralda təsdiqləyəcək
# 16 fevral 2026 16:51 (UTC +04:00)

Aİ Şurası Ukraynaya 90 milyard avro məbləğində kredit verilməsini təmin edəcək qanunvericilik aktları paketini 24 fevralda yekun olaraq təsdiqləyəcək.

APA xəbər verir ki, bu barədə "Evropeyskaya Pravda" Aİ-nin yüksək səviyyəli diplomatına istinadən məlumat yayıb.

"Biz 24 fevralda Aİ Şurasının ümumi məsələlər üzrə iclasında bu qanunvericilik aktları paketinin qəbul edilməsini gözləyirik", – diplomat qeyd edib.

O, həmçinin əlavə edib ki, qərarın qəbul edilməsi üçün Aİ üzv ölkələrinin sadəcə səs çoxluğu lazımdır.

"Ukrayna bu maliyyə vəsaitlərini artıq bu ilin ikinci rübündən alacaq", – o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR