Bank Of Baku

KİV: Almaniya Ukraynaya hərbi yardım göndərməyi gecikdirir

KİV: Almaniya Ukraynaya hərbi yardım göndərməyi gecikdirir
# 04 avqust 2023 15:39 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya hərbi yardım göndərməyi gecikdirir.

APA xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri yazıb.

Nəşrin sözlərinə görə, rəsmi Berlin Ukrayna Prezidenti Vladimir Zelenskinin may ayında Berlinə səfəri ərəfəsində 2.4 milyard avro dəyərində yeni hərbi yardım göndəriləcəyini elan edib və həmin hərbi yardım paketinin çatdırılmasını gecikdirir.

Həmçinin əlavə olunub ki, Berlinin yazda vəd etdiyi 110 tankdan yalnız 10 ədədini Kiyevə göndərdiyini rəsmi və qeyri-rəsmi mənbələr təsdiqləyir.

Nəşr onu da vurğulayıb ki, Ukrayna artıq təhvil aldığı iki “IRIS-T” sistemindən əlavə əldə etməli olduğu dörd raketdən müdafiə sistemini hələ də almayıb.

May ayından indiyə qədər 20 “Marder” zirehli texnikadan heç biri, 18 ədəd “Gepard” özüyeriyən zenit kompleksindən isə 12 ədədi Ukraynaya göndərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR