Bank Of Baku

KİV: Almaniya Ukraynaya yeni səfir göndərir

KİV: Almaniya Ukraynaya yeni səfir göndərir
# 19 aprel 2023 00:05 (UTC +04:00)

Almaniya yayda Ukraynadakı səfirini dəyişməyə hazırlaşır: diplomatik missiyanın hazırkı rəhbəri Anka Feldhusen Berlinə qayıdacaq, onu Almaniyanın İraqdakı hazırkı səfiri Martin Yaqer əvəz edəcək.

APA-nın xəbərinə görə, bu barədə çərşənbə axşamı “Stuttgarter Nachrichten” qəzeti məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyi hələlik bu məlumatları təsdiqləməyib.

Nəşr belə bir kadr qərara nəyin səbəb olduğunu dəqiqləşdirmir. Məqalə müəllifi yalnız onu aydınlaşdırır ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan “Kiyevdəki səfir postu əhəmiyyətli şəxsi risklərlə əlaqələndirilib”.

58 yaşlı Yaqer əvvəllər Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü olub (2005-2008). O, 2021-ci ildən Almaniyanın Bağdaddakı diplomatik missiyasına rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR