Bank Of Baku

KİV: Böyük Britaniyanın üç nazirinin telefon nömrələri internetə sızdırılıb

KİV: Böyük Britaniyanın üç nazirinin telefon nömrələri internetə sızdırılıb
# 18 avqust 2026 06:56 (UTC +04:00)

Böyük Britaniya hökumətinin üç nazirinin, o cümlədən müdafiə naziri Ues Stritinqin şəxsi mobil nömrələri internetdə yayımlanıb.

Bu barədə “Politico” məlumat yayıb.

Hadisə baş nazir Endi Börnhəmin ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəhbəri Syuzan Vaylsın adından yazan şəxslə mesajlaşmasının üzə çıxmasından sonra baş verib. Börnhəm daha sonra əlaqənin saxta olduğunu müəyyən edərək yazışmanı dayandırıb.

İnsident Böyük Britaniya hökumətində yüksək vəzifəli şəxslərin rabitə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR