Böyük Britaniyanın müdafiə naziri Ben Uolles 2023-cü ilin payızında istefa verə bilər.
APA xəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.
"Ben Uolles dörd il müdafiə naziri vəzifəsində qaldıqdan sonra payız dəyişiklikləri zamanı hökuməti tərk etməyi düşünür", - deyə bildirilib.
Uoells mümkün istefa şayiələrinə baxmayaraq, İngiltərənin hazırkı baş naziri Rishi Sunakın tərəfdarı olaraq qalır.
Onun yerinə maliyyə nazirinin iqtisadi məsələlər üzrə müavini Con Qlen, daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugendhat və ya xarici işlər nazirinin Hind-Sakit okean məsələləri üzrə müavini Anne-Mari Trevelyan təyin oluna bilər.