Britaniyanın Müdafiə Nazirliyi hərbçilərinin Ukraynaya getməsini qadağan edib.
APA "Independent" qəzetinə istinadən xəbər verir ki, əks halda onlar intizam və inzibati tədbirlərə məruz qala bilərlər,
Nəşr Müdafiə Nazirliyinin bəyanatından sitat gətirib:
"Bütün hərbi qulluqçuların növbəti xəbərdarlıq edilənədək Ukraynaya getməsi qadağandır. Bu, məzuniyyətdə olub-olmamasından asılı olmayaraq bütün hərbi qulluqçulara aiddir".
Qəzetin yazdığına görə, nazirlik "Coldstrim" alayının 4 britaniyalı əsgərinin itkin düşməsindən sonrabelə bir bəyanat yayıb.
Onların Ukraynaya getdiyi güman edilir.