Bank Of Baku

KİV: Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktının qarşısı alınıb

KİV: Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktının qarşısı alınıb
# 25 iyun 2023 12:25 (UTC +04:00)

Kiprdə İsrail vətəndaşlarına qarşı terror aktının qarşısı alınıb.

APA Kipr mediasına istinadən xəbər verir ki, cinayəti törətməyə cəhd edənlər İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olublar.

Onlar Qərb kəşfiyyat xidmətləri (ABŞ və İsrail) ilə koordinasiyada işləyən Kipr kəşfiyyatının əməliyyatından sonra həbs edilib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında israilli iş adamları Kiprdə sui-qəsd cəhdlərinin hədəfinə çevrilmişdi və bu hücumların da qarşısı alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR