Bank Of Baku

KİV: Kiyev Ankaradan Krımda taxıl yükləndiyi iddia edilən gəmini saxlamağı xahiş edib

KİV: Kiyev Ankaradan Krımda taxıl yükləndiyi iddia edilən gəmini saxlamağı xahiş edib
# 20 aprel 2023 11:06 (UTC +04:00)

Kiyev Ankaradan Krımda taxıl yükləndiyi iddia edilən gəmini saxlamağı xahiş edib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Ukrayna hakimiyyəti gəmi kapitanının və heyətinin Türkiyə tərəfindən dindirilməsini istəyir.

Qeyd olunub ki, Dubay şirkətinə məxsus, Panama bayrağı altında üzən gəmi 19 min ton taxıl yükü ilə Türkiyə limanına gəlib.

Ukrayna prokurorluğu yük gəmisinin saxlanmasını Türkiyədən xahiş edib, çünki ehtimal olunur ki, taxılın bir hissəsi Kerç boğazında lövbərdə olan zaman gəmiyə yüklənib.

Nəşr həmçinin əlavə edib ki, Ukrayna hakimiyyəti Türkiyədən ekspertiza üçün taxıl nümunələri götürməsini, həmçinin gəminin kapitanını və ekipajını dindirməsini istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR