Bank Of Baku

KİV: NATO-ya İtaliya nümayəndəsi başçılıq edə bilər

KİV: NATO-ya İtaliya nümayəndəsi başçılıq edə bilər
# 08 fevral 2022 11:01 (UTC +04:00)

İtaliya nümayəndəsi NATO baş katibliyinə ən real namizəd sayılır.

APA “La Reppublica” qəzetinə istinadən xəbər verir ki, qeyri-rəsmi rotasiya qaydasına əsasən, norveçli Yens Stoltenberqin postu tərk etməsindən sonra yeni baş katib Aralıq dənizi ölkələrindən birinin nümayəndəsi olmalıdır.

Qəzet İspaniya və Portuqaliya nümayəndələrinin Avropa İttifaqının ierarxiyasında vacib postlar tutması səbəbilə baş katibin İtaliyadan seçilməsi ehtimalının daha çox olduğunu qeyd edib.

Baş katib postuna Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali komissarı Frederika Moqerini, eks-müdafiə naziri Roberto Pinotti və hazırkı müdafiə naziri Lotentso Querini namizəddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR