Bank Of Baku

KİV: Rişi Sunak BMT Baş Assambleyasının iclasında iştirak etməyə bilər

KİV: Rişi Sunak BMT Baş Assambleyasının iclasında iştirak etməyə bilər
# 04 avqust 2023 02:59 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkənin daxili siyasətinə daha çox diqqət yetirərək BMT Baş Assambleyasının iclasına getməkdən imtina edə bilər.

APA xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Qəzet yazır ki, Sunak BMT-nin sentyabrda keçiriləcək iclasında iştirakını hələ təsdiq etməyib, əvəzində baş nazir seçki kampaniyası zamanı verdiyi 5 vədi yerinə yetirməyi və Mühafizəkarlar Partiyasının illik konfransına hazırlaşmağı düşünür.

Böyük Britaniyanın baş naziri son 10 ildə ilk dəfə BMT sessiyasına getməkdən imtina edə bilər. Sentyabrda BMT Baş Assambleyasına getməyən sonuncu Britaniya siyasətçisi 2013-cü ildə Devid Kemeron olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR