Avropa İttifaqında Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) törəmə müəssisəsini SWIFT ödəniş sisteminə qoşmaq nəzərdən keçirilir.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumatlı mənbə bildirib ki, taxıl və gübrə ilə əməliyyatların aparılmasını təmin etmək üçün belə bir addım lazımdır.
Avropa Komissiyası məlumatı şərh etməyib.