Bank Of Baku

KİV: Rusiya qüvvələri Ukraynada Qərbin gözlədiyindən daha çox səriştə göstərir

KİV: Rusiya qüvvələri Ukraynada Qərbin gözlədiyindən daha çox səriştə göstərir
# 22 iyun 2023 18:45 (UTC +04:00)

Ukraynanın əks-hücumunun ilkin mərhələlərdə gözləniləndən az nailiyyət əldə edilir və Rusiya qüvvələri Qərbin gözlədiyindən daha çox səriştə göstərir.

APA xəbər verir ki, bu barədə CNN-ə iki Qərb rəsmisi və bir adı açıqlanmayan yüksək rütbəli ABŞ hərbi rəsmisi bildirib.

Mənbələr cəbhənin heç bir hissəsində əks-hücumun gözləntilərə cavab vermədiyini bildiriblər.

Qeyd olunub ki, Rusiyanın müdafiə xətləri yaxşı istehkamlara malik olduğunu sübut edib və bu Ukrayna qüvvələrinin onları yarmasını çətinləşdirir.

Əlavə olaraq Rusiya qüvvələrinin raket və minalarla Ukrayna zirehli texnikalarının qarşısını aldığı, hava gücündən effektiv istifadə etdiyi qeyd olunub.

Bəzi rəsmilər isə çətin hava şəraitinin Ukrayna üçün problem yaratdığını bildiriblər.

Bununla belə rəsmilər əks-hücumun hələ ilkin mərhələdə olduğunu, ABŞ və müttəfiqlərinin Ukrayna qüvvələrinin zamanla ərazi ələ keçirməsinə dair nikbin olduğunu qeyd ediblər.

ABŞ və müttəfiqləri daha dolğun qiymətləndirmə üçün iyuladək gözləyəcəkləri qeyd olunub.

Mənbələr Ukrayna qüvvələrinin Rusiyanın taktikalarına və müdafiə sədlərinə adaptasiya olduğunu qeyd ediblər. Əlavə olunub ki, əks-hücum hər iki tərəf üçün də ağır itkilər verdirir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün əks-hücumun arzu ediləndən daha yavaş getdiyini etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR