Bank Of Baku

KİV: Rusiyada baş verənlərə görə Aİ və NATO növbədənkənar görüşlər planlaşdırmır

KİV: Rusiyada baş verənlərə görə Aİ və NATO növbədənkənar görüşlər planlaşdırmır
# 24 iyun 2023 15:17 (UTC +04:00)

Rusiyada baş verən hadisələrlə əlaqədar Avropa İttifaqı (Aİ) və NATO növbədənkənar görüşlər planlaşdırmır.

APA xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Qeyd olunub ki, planlaşdırıldığı kimi, Aİ səfirləri 26 iyunda Lüksemburqda görüşəcək, ondan sonra isə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Həmçinin əlavə olunub ki, Baş katib Yens Stoltenberq 26 iyun tarixində Litvada mətbuata açıqlamalar verəcək.

Aİ də vəziyyəti yaxından izləyir, Moskvadakı səfirlə əlaqə saxlayır, üzv ölkələr və tərəfdaşlarla daxili məsləhətləşmələr aparır və baş verənləri Rusiyanın daxili problemləri məsələsi kimi qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR