NATO Baş katibi Yens Stoltenberqin Alyansa rəhbərliynin müddəti bir il müddətinə uzadıla bilər.
APA xəbər verir ki, bu barədə “Euractiv” müstəqil media şirkəti NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qərara səbəb Stoltenberqin əvəzinə namizəd haqda konsensusun əldə olunmaması, eləcə də Ukraynadakı vəziyyətdir.
Məlumata əsasən, bu ilin sentyabr ayında səlahiyyət müddəti başa çatacaq NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı çox güman ki, iyunun 28-də uzadılacaq.
Xatırladaq ki, 2014-cü ildən NATO-nun Baş katibi olan Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi, lakin 2022-ci ilin martında keçirilmiş sammit zamanı Alyans ölkələrinin liderləri onun mandatının 2023-cü il sentyabrın 30-dək uzadılması barədə qərar qəbul ediblər.