Ukrayna məhkəməsi sabiq deputat Viktor Medvedçukun həyat yoldaşını qiyabi həbs edib.
APA xəbər verir ki, bu barədə “DİRECT” internet televiziya kanalı məhkəmə reyestrinin məlumatlarına istinadla məlumat yayıb.
Qeyd olunub ki, İvano-Frankivsk şəhər məhkəməsinin qərarına əsasən, Oksana Marçenko konstitusiya quruluşunu zorla dəyişmək üçün aksiyaları maliyyələşdirməkdə şübhəli bilinib və barəsində qiyabi həbs qərarı qəbul edilib.
Həmçinin əlavə olunub ki, şübhəli şəxs Rusiya ərazisində olduğu üçün məhkəmə iclası onun iştirakı olmadan keçirilib.