Ukraynanın əks-hücumu hava şəraiti və silah çatışmazlığı səbəbindən təxirə salınıb.
APA xəbər verir ki, bu barədə “The Washington Post” nəşri öz mənbələrinə istinadən yazıb.
Nəşrin qeyd etdiyi kimi, bu vəziyyət, münaqişə zonasında Ukraynanın çıxılmaz vəziyyətə düşmək qorxusunu artırıb, çünki yaz hücumu Kiyev üçün həlledici fürsət rolu oynayacaqdı.
Xatırladaq ki, bu ayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinken “Funke” media qrupuna müsahibəsində qeyd etmişdi ki, o, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun yaxın həftələrdə başlaya biləcəyini istisna etmir.